Layihələr

Veb saytların hazırlanması

SR Group, Skoda, Changan, Sağlamdiş, SR Construction, Mercedes Benz veb saytların hazırlanması, daxili sistemlərlə inteqrasiyası təmin edilmişdir və 24/7 texniki dəstək göstərilir. Müasir dizayna malik, fərqli proqramlaşdırma dillərində hazırlanmış veb saytlar  ən son texnologiyalardan istifadə edərək yaradılaraq müştərilərimizə təhvil verilmişdir. Hal-hazırda hər bir saytımıza texniki dəstək göstərilir. Saytlarımız daimi olaraq yenilənir və yeni funksionallıqlar əlavə olunur. Veb sayt portfoliomuz ilə qeyd olunan linklərdən tanış ola bilərsiniz.

Davamiyyət sistemi

Bu sistem vasitəsilə fərqli ünvanlarda quraşdırılmış üz tanıma və barmaq izi avadanlıqlarından əldə edilmiş məlumatlar vahid bazaya yönləndirilir. İstifadəçi üçün rahat interfeysi və hər bir istifadəçi üçün təyin edilmiş xüsusi giriş icazəsi olan vahid veb portaldan günlük, həftəlik və aylıq hesabatları əldə etmək mümkündür.

Ticket sistemi

Sistem mövcud, qlobal standart biznes prosesləri nəzərə alaraq yaradılıb. IT və satınalma departamentləri tam avtomatlaşdırılmış şəkildə SR Group ticket sistemi üzərindən fəaliyyət göstərirlər. Sistem müasir dizayn və elastik təsdiq ierarxiyası ilə təmin edilib.

İntranet

Müasir dizayn ilə hazırlanmış daxili intranet sistemi özündə bir çox funksionallığı birləşdirir. Davamiyyət sistemi ilə inteqrasiya sayəsində, hər bir əməkdaş günlük,həftəlik, aylıq davamiyyətinə nəzarət edə bilir. Holding üzrə hər bir əməkdaş üzrə məlumatlar dinamik olaraq yenilənir. Əmək haqqı, məzuniyyət, ezamiyyət haqqında məlumatlar dinamik olaraq bütün əməkdaşların şəxsi kabinetinə əlavə olunur. “HR Modul” ilə inteqrasiya olunub. Əməkdaşların İR dair istifadə etdiyi bütün ərizə formaları müvafiq təsdiq ierarxiyası ilə intranet sistemi üzərindən aparılır. Təkmilləşdirilmiş hesabatlarla təmin edilmişdir.

HR Payroll

Sistem şirkətlər qrupuna daxil olan bütün şirkətlər üzrə insan resurslarına dair əməliyyatların və əmək haqqının verilməsi proseslərinin avtomatlaşdırılmasını təmin edir. Əmək haqqı hesablanmasına bilavasitə təsir edən bütün ərizə formalarının elektron formada verilməsi təmin edilmiş və onların təsdiq ierarxiyası tam dinamik şəkildə qurulmuşdur. Davamiyyət sistemi ilə inteqrasiya edilmiş sistem vasitəsilə əməkdaşların iş vaxtının uçotuna dair tabelinin formalaşması və əmək haqqı hesablanması avtomatik baş verir. Müvafiq təsdiqlərdən məlumatlar ödəniş üçün əsas sistemə yönləndirirlir.

IP Telefoniya

SR Group daxilində 14 fərqli lokasiyalarda 3CX sisteminin qurulması və daxili əlaqələrin sazlanması. Mobil tətbiq vasitəsi ilə daxili telefoniyadan istifadə və korporativ çat tədbiqi.

Şəbəkə qurulması və dəstəklənməsi

SR Group, Skoda, Changan, SR Construction, Texnomart şirkətlərində – 47 fərqli lokasiyalarda mövcud lokal və qlobal əlaqənin qurulması və sazlanması. 24/7 şəbəkə infrastrukturun dəstəklənməsi.

SR Group DataCenter

SR Group daxilində mərkəzi DataCenter qurulması. Şəbəkə infrastrukturunun yeni nəsil “Firewall” ilə sazlanması, Hiperconverged arxitekturasına keçid, Nutanix Private Cloud sazlanması və qurulması.

Office 365 İntegration

SR Group, Skoda və SR Construction şirkətlərində Office 365 inteqrasiya. Korporativ çat sazlanması və bütün holdinq üzrə qurulması.

1C Support

SR Group, Texnomart, Skoda və Changan şirkətlərində fərqli 1C sistemlərinin qurulması və sazlanması. 24/7 administrativ və proqramlaşdırma dəstəyi.

Call Center proqram təminatı inteqrasiyası (software integration)

SR Group Müştəri Xidmətləri Departamenti üçün 3CX sisteminin inteqrasiyası və sazlanması.